“Kubok oyunlarının üçündə - “Xəzər-Lənkəran” - “Bakı”, “İnter” - “Simurq” və “Qəbələ” - “Olimpik” matçlarında hakimlik yüksək səviyyədə olub. Həmin qarşılaşmalara nisbətən, “Qarabağ” - “Neftçi” görüşünü idarə edən Fariz Yusifov kiçik səhvləri ilə yadda qaldı”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunlarında hakimliyin səviyyəsinə münasibət bildirərkən deyib. X.Məmmədov 8 komandadan heç birinin oyundan sonra hakimliklə bağlı iradının olmadığını söyləyib: “Fariz Yusifovun idarəçiliyində xırda səhvlər var idi. Lakin həmin səhvlərin də heç biri oyunun nəticəsinə təsir etməyib. Həmin səhvlər yalnız mütəxəssislərin diqqətindən yayınmasa da, klub rəsmiləri və ya azarkeşlərin heç diqqətini də çəkməyib. Lakin biz həmin səhvləri görürük. Bir sözlə, 3 oyunla müqayisədə Fariz Yusifovun idarəçiliyi yüksək səviyyədə olmayıb. Oyunlardan sonra da komandaların heç biri bizə hakimliklə bağlı hər hansı bir narazılığını bildirməyib”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi