Azərbaycan kubokunun yarımfinalında "Bakı"nı mübarizədən kənarlaşdırmaqla finala yüksələn "Xəzər Lənkəran" klubu son 5 ildə 4-cü dəfə bu hüquqa yiyələnib. Qol.Az-ın məlumatına görə, əsası 2004-cü ildə qoyulan "Xəzər Lənkəran" tarixi ərzində yalnız 2 dəfə həlledici görüşdən kənar qalıb.
İlk finalında “MKT-Araz”ı 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın növbəti rəqibi “İnter” olmuşdu. Bu il də "Xəzər Lənkəran"la final oynayacaq bakılılarla 2007/08 mövsümündəki oyunda 2:0-lıq qələbə, ardıcıl olaraq komandanın 2-ci kuboku qazanmağı ilə nəticələnmişdi. Bir illik fasilədən sonra ötən yaz finala çıxan “Xəzər Lənkəran” ilk dəfə həlledici görüşü uduzdu – 1:2.
Hər 3 finala Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxan komanda ilk dəfə başqa mütəxəssislə bu uğuru təkrarlayıb. Mirça Rednikin yetirmələri bununla da, Azərbaycanda yeni rekorda imza atıb. Heç bir Azərbaycan klubu ardıcıl 5 finaldan 4-nün iştirakçısı olmayıb. Düzdür, “Qarabağ” 6, “Neftçi” 5, “Kəpəz” və bu ilki finalı da saysaq “İnter” 4 dəfə bunu bacarıb. Lakin onların bu uğurları daha çox fasilələrlə müşayiət olunub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”