AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Azərbaycan kubokunun yarımfinalında “İnter”ə məğlubiyyətin səbəbləri haqda danışıb. Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində ilk oyundakı penalti epizodunu bir daha yada salıb.
“Bu oyunda məğlub olmağımız sırf erkən qol buraxmağımızla bağlı oldu. Bunun komandaya necə təsir etdiyi isə aydın məsələdir. Belə oyunlarda rəqibin qol vurub müdafiəyəyə çəkilməsi istər-istəməz komandanı ruhdan salır. AZAL da məhz bu cür aqibətlə üzləşdi. Baş məşqçi olaraq “İnter”lə “Şəfa” stadionunda keçirdiyimiz matça təkrar qayıtmaq istəmirəm. Ancaq həmin oyunda bizim lehimizə penaltinin verilməməsi komandaya psixoloji cəhətdən mənfi təsir göstərdi.
Əgər ilk oyunda qələbə qazansaydıq, cütün taleyini 90 faiz həll etmiş olardıq. İlk matça baxanda Şüvəlanda keçirilən oyunda hakimliyin səviyyəsi qənaətbəxş idi. Belə də, yeganə ümidimiz “Xəzər-Lənkəran”a qalır. Bundan sonra Premyer Liqanın digər oyunlarında qələbə qazanmaqla yanaşı, kubokun finalında “Xəzər Lənkəran”a azarkeşlik edəcəyik. Finalda bizi yalnız "Xəzər Lənkəran"ın qələbəsi qane edir. Ancaq bu yolla çempionatı 4-cü yerdə bitirərək Avroliqada iştirak edə bilərik”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”