«Neftçi» klubu «Qarabağ»la mayın 13-də keçiriləcək ölkə çempionatının səfər oyununu Quzanlıda keçirməyə rəsmən razılıq verib.
Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev söyləyib.
O deyib ki, əgər «Qarabağ» da oyunun Quzanlıda keçirilməsinə razılığını bildirsə, o zaman PFL matçın Ağdamda oynanılmasına icazə verəcək.
«Biz PFL olaraq, bütün jurnalistlərimizi Ağdama aparmağa hazırıq. Hesab edirəm ki, oyun Quzanlıda olsa, futbolu sevən Qarabağ camaatının «Neftçi»yə gözəl bir sürprizi də də ola bilər. Yəqin ki, qarabağlılar Quzanlıda muğam və segah ifa etməklə çempion olan «Neftçi»yə gözəl bir hədiyyə bəxş edəcəklər» - deyə o vurğulayıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”