Dünən Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə də "Şalke 04" klubu məğlub edən "Mançester Yunayted" klubunun baş məqşçisi Ser Aleks Ferqyuson oyundan sonra maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Ferqyuson finalda qarşılaşacaqları "Barselona"dan çəkinmədiklərini bildirib.
"Dünən yaxşı oynadıq. Finaldakı rəqibimiz də çox güclü komandadır. Lakin "Barselona"dan çəkinmirik. Onların taktikasına qarşı bir çarə tapmalıyıq. İnanıram ki, bunu bacaracağıq".
Qeyd edək ki, Ferqyusonun "Real"ın baş məşqçisi Joze Mourinyo ilə tez-tez görüşdüyü və ondan "Barselona" haqda müəyyən məsləhətlər aldığı bildirilir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”