“Oyunla bağlı nəsə danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağında idi”. Qol.Az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Cənub təmsilçisi NBC Azərbaycan kubokunun cavab yarımfinal matçında “Bakı”ya 1:2 hesabı ilə uduzsa da, həlledici qarşılaşmaya çıxdı. Cəza səbəbindən görüşü texniki zonadan kənarda izləyən rumıniyalı çalışdırıcı baş hakim Rövşən Əhmədovun qərəzli idarəçiliyindən şikayətlənib: “Bu, ikinci belə haldır. Bir dəfə “ Neftçi” ilə 1/4 final mərhələsinin ilk görüşündə belə açıq-aşkar hakim qərəzi ilə qarşılaşmışdıq. Həmin oyunda 4:3 hesabı ilə qalib gəlsək də, oyundan sonra futbolçularımız çox bikef görünürdü. Təsəvvür edin ki, onlar bu qələbənin dadını çıxarmaq əvəzinə hakimin qərarlarını müzakirə edirdi. Bu dəfə də belə oldu. Baxmayaraq ki, finala çıxdıq, bütün komanda sevinc əvəzinə növbəti böyük haqsızlıqla üz-üzə qaldığının acısını yaşayır. Mən bura, ölkənizə futbolu inkişaf etdirməyə gəlmişəm. Amma tez-tez rəqib ilə yox, digər qüvvələrlə də mübarizə apardığımızı görüb, böyük təəssüf hissi yaşayıram. Hiss edirəm ki, belə getsə, vətənimə dönmək məcburiyyətində qalacağam. Təbiidir ki, klub rəhbərliyi məni bura işləməyə gətirib” (12cioyuncu.info).
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”