"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşiyev Misli Premyer Liqasının 25-ci turunda "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
- Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda meydançada daha çox hücum kreativliyi ilə seçilirdi. Komandanın göstərdiyi performansdan məmnun qaldım. Yolumuza davam edirik. Bu gün yaxşı oyun göstərərək, bir xal qazandıq.
- Bir xalla "Araz-Naxçıvan"ın enişdən çıxdığını demək olar?
- Biz enişdə deyildik. Kim deyir ki, " Araz-Naxçıvan" enişdədir? Maşallah olsun, komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk. Dörd gündən əvvəl "Zirə"ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə zədəlilərimiz çoxdur. Ona görə heyət baxımından sıxıntı çəkirik. Amma komandamız möhkəmdir. Düşünürəm ki, komandam öz iddiasından əl çəkməyəcək.
- Ülvi İsgəndərov meydana sonradan çıxıb qolunu da vurdu. Onu qarşıdakı matçda start heyətində görmək olacaq?
- Ülvi bizim ehtiyat oyunçumuz deyil. Hər futbolçunun mövsüm ərzində şans qazanması özündən asılıdır. Ülvinin bu oyunda şansı oldu, istifadə etdi. Amma yenə də bütün futbolçularıma güvənirəm. İnanıram ki, meydana çıxanlar ən yaxşısını etməyə çalışacaqlar.
- İki dəfə hesabda geri düşsəniz də, bərabərlik qolunu vurdunuz. Qələbə qolu üçün nə çatmadı?
- Enişdə olan komanda iki dəfə oyunu çevirə bilməz. Komandam möhkəmdir, xarakteri var. Zədəlilər də qayıtdıqdan sonra daha da iddialı və hücumda daha yaxşı olacağıq. (sportal.az)
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir