Ağdamın "Qarabağ" klubu bu gün Lənkərana yollanacaq. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın 30-cu turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" bu gün axşam cənub bölgəsində olacaq.
Saat 11-də bazaya yığışan Qurban Qurbanovun komandası Suraxanı qəsəbə stadionunda Bakıdakı sonuncu məşqinə çıxıb. Günorta yeməyindən sonra isə "Qarabağ" Lənkərana yola düşəcək. Sabah komandamız oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, mayın 7-sində Lənkəran şəhər stadionunda baş tutacaq "Xəzər Lənkəran" - "Qarabağ" matçının start fiti saat 20:00-da veriləcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”