Bu gün "Neftçi" klubunun 3 futbolçusu ANS kanalında yayımlanan "Günəbaxan" verilişinin qonağı olub. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın sonuna 3 tur qalmış Azərbaycan çempionu olan "Neftçi" klubunun kapitanı Rail Məlikov və makedoniyalı legionerləri İqor Mitreski və Slavko Georgiyevski adı çəkilən verilişdə öz məharətlərini göstəriblər.
Lakin onlar bu dəfə yemək bişirmək məharətlərini nümayiş etdiriblər. Raildən fərqli olaraq yemək bişirməklə daha çox makedoniyalı legionerlər məşğul olub. Rail isə bu işdə passiv qalaraq daha çox çempionluqdan danışmağa üstünlük verib.
Qeyd edək ki, verilişin gedişatında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov və gənc futbolçu Mirhüseyn Seyidov da canlı yayıma telefonla bağlanaraq öz təssüratlarını bölüşüblər.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”