Bu mövsüm heç də yaxşı günlərini keçirməyən Almaniyanın "Bavariya" klubu "Mançester Siti"nin 2 futbolçusuna elçi düşüb. Qol.Az-ın məlumatına görə, "Bavariya" Jerom Boatenq və Emanuel Adebayoru transfer etməyi planlaşdırır.
İngilis təmsilçisi Boatenqi satmağı düşünmədiklərini, Adebayoru isə verə biləcəklərini açıqlayıb. Hazırda "Real"da icarə əsasında çıxış edən Adebayoru satın almaq hüququ məhz "kral klubu"na məxsusdur. Lakin hələlik "Real" bu barədə "Mançester Siti"yə heç bir müraciət etməyib. "Bavariya" isə toqolu futbolçunu transfer etməkdə olduqca israrlıdır.
Qeyd edək ki, "Mançester Siti" klubunun Adebayor üçün "Bavariya"dan 13 milyon avro təzminat tələb etdiyi bildirilir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”