"Qəbələ" ev oyunlarını neytral meydançada keçirəcək

XƏBƏR 5 May 2011 / 00:24 1958
-  A +

“Qəbələ” klubu Premyer Liqada qarşıdakı iki ev oyununu rayondan kənarda keçirəcək. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, buna səbəb hazırda Qəbələ şəhər stadionunda süni örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsi prosesinə start verilməsidir.

"Qəbələ"nin 30-cu turda “Turan”, 32-ci turda isə “Muğan”ı harada qəbul edəcəyi hələlik məlum deyil. Klubun baş meneceri Zaur Əzizovun sözlərinə görə, təbii ot örtüyünün növbəti ölkə çempionatının açılışına kimi hazır vəziyyətə gətirilməsi planlaşdırılır: "Komandamız növbəti çempionatda ev oyunlarını təbii ot örtüyündə keçirəcək. Otun Premyer Lliqanın startına kimi hazır vəziyyətə gətirilməsi üçün işə tezliklə başlanmasına qərar verildi. Bu məqsədlə ev oyunlarımızı Qəbələdən kənarda keçirəcəyik. Artıq həftənin bazar günü qarşılaşacağımız “Turan”la oyunun neytral meydançada  keçirilməsi ilə bağlı məsələ müzakirə  olunur. Sabah bu barədə Peşəkar Futbol Liqasına da müraciət ediləcək”.

Son xəbərlər