«Mən bu oyun haqda çox danışmaq istəmirəm. Oyunda nə baş verdiyini hamı gördü».
Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı» ilə bu gün keçirilmiş Azərbaycan kubokunun təkrar yarımfinal oyunundan sonra «Xəzər Lənkəran»ın baş məşqçi köməkçisi Razvan Teya bildirib.
Qeyd edək ki, ilk oyunda 1:0 hesabı ilə qələbə qazanan «Xəzər Lənkəran» bugünkü matçda məğlub olsa da (1:2), səfərdə vurduğu qol sayəsində finala vəsiqə əldə edib.
«Finala çıxdığımıza görə çox sevinirik. Keçən il «Bakı» bizə finalda qalib gəlmişdi. Bu dəfə isə biz onları mübarizədən kənarda qoyduq. Qələbəni komandamızın azarkeşlərinə həsr edirik. Çünki bu uğurda ən çox pay sahibi olanlardan biri də azarkeşlərimizdir» - deyə məşqçi bildirib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”