Kaxaber Sxadadze: "Bu qələbəni qızıma həsr edirəm"

Kaxaber Sxadadze: "Bu qələbəni qızıma həsr edirəm"
XƏBƏR 4 May 2011 / 20:23 1734
-  A +

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter" klubu səfərdə AZAL-ın qonağı olub. Qol.Az-ın məlumatına görə, bu görüşdə 1:0 hesabı ilə qalib gələrək finala adlayan "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Bu cür stadion tikdikləri üçün AZAL klubuna təşəkkürümü bildirirəm. Əla stadiondur, inanıram ki, azarkeşlər hər oyunda bu stadionu dolduracaq. Komandamı təbrik edirəm, əla oynadıq. Çox gözəl oyun alındı, AZAL komandası da çox gözəl oyun göstərdi.

Hər iki komandanın kifayət qədər fərqlənmək imkanı oldu. Bu gün qızımın ad günüdür, bu qələbəni ona həsr edirəm. AZAL klubuna gələcək oyunlarda uğurlar arzulayıram".

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır