Az əvvəl başa çatan «Bakı» və «Xəzər Lənkəran» arasındakı ölkə kubokunun 1/2 final mərhələsinin cavab oyunu bitən kimi meydançada insident baş verib.
Qol.Az-ın məlumatına görə, «Xəzər Lənkəran» klubunun texniki zonasında olan və şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz bəzi şəxslər matçın baş hakimi Rövşən Əhmədovun üzərinə hücum ediblər.
Yaranmış insidenti aradan qaldırmaq üçün «Xəzər Lənkəran»ın futbolçuları araya giriblər. Amma bu, nəticəsiz qalıb. Ona görə də mübahisəni yatırtmaq üçün meydançaya təhlükəsizlik xidmətinin əməkdaşları və polislər daxil olublar.
Yalnız bundan sonra insidenti yatırtmaq mümkün olub.
Başqa bir məlumata görə, soyunub-geyinmə otağının yaxınlığında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovla polislər arasında da mübahisə yaranıb. Müxbirimizin verdiyi məlumata görə, hakimə etiraz etdiyi üçün matçın dördüncü hakimi Elçin Məmmədov Tuyqun Nadirovun üzərinə hücum edib. Bu zaman vəziyyət daha da gərginləşib. Polislərlə "Xəzər Lənkəran"ın mühazifə xidmətinin əmakdaşları arasında yumruq davası olub. Tuyqun Nadirov bu zaman davanın ortasında qalıb.
Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə məğlub olan «Bakı» cavab matçında qələbə qazansa da (2:1), finala vəsiqə əldə edə bilməyib.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı