"Qarabağ" kubokda ilk yarımfinalçı oldu

"Qarabağ" kubokda ilk yarımfinalçı oldu
ÖLKƏ FUTBOLU 27 Fevral 2025 / 17:53 8079
-  A +

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

QOL.az xəbər verir ki, ilk oyun gününə iki görüş nəzərdə tutulub. Bununla da yarımfinalın ilk iştirakçısı bəlli olub.

Kubokun son qalibi "Qarabağ" "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında keçirilən ilk görüşdə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Günün digər matçında isə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.  

Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları

27 fevral

16:00. “Qarabağ” – “Səbail” - 3:1

Qollar: Musa Qurbanlı, 13 (1:0), Rüfət Abdullazadə, 15 (1:1), Emin Rüstəmov, 43-avtoqol (2:1), Nəriman Axundzadə, 55 (3:1)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Şirmamed Mamedov

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun: 1:0.

19:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İlk oyun: 0:0.

28 fevral

16:00. “Zirə” – “Araz-Naxçıvan”

İlk oyun: 0:1.

19:30. “Neftçi” – “Kəpəz”

İlk oyun: 2:0


Son xəbərlər
26.02.25  23:00

"Real"dan ayrılır

26.02.25  13:41

Juninyonun bəxtsizliyi