"Real" (Madrid) klubu mövsümün sonunda baş məşqçi Joze Mourinyo ilə yollarını ayıra bilər. Qol.Az-ın məlumatına görə, buna səbəb kimi isə "Real"ın dünən gecə Çempionlar Liqasının yarımfinalında əzəli rəqibi "Barselona"ya məğlub olaraq mübarizəni dayandırması göstərilir.
İspaniya mətbuatında Mourinyonun əvəzinə "Real"a Çili milli komandasının sabiq baş məşqçisi Marselo Bielsanın gətirələcəyi haqda məlumat yayılıb. 55 yaşlı mütəxəssis qış transfer dönəmində bir neçə klubdan təklif alsa da, heç birini qəbul etməmişdi.
Hazırda isə Bielsanın "İspaniyanın digər klubu "Sevilya" ilə danışıqlar apardığı söylənilir. Lakin Bielsanın mövsümün sonunda "Real"dan təklif alacağı təqdirdə, "Sevilya"dan imtina edəcəyi dəqiqdir.
Qeyd edək ki, "Real" (Madrid) klubu ÇL-in yarımfinal mərhələsində "Barselona"ya 2 oyunun nəticəsinə görə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”