"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Poul Skoulz Britaniya mətbuatına verdiyi açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, daha çox bu axşam Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə qarşılaşacaqları "Şalke 04" oyunu haqda danışan Skoulz eyni zamanda ötən illərin və müasir dövrdə bəyəndiyi futbolçuları da gizlətməyib.
"Bu axşam bizi olduqca maraqlı görüş gözləyir. Səfərdə 2:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bu oyunun çox gərgin keçəcəyini söyləmək olar. Bununla belə, biz öz təcrübəmizə güvənirik. Karyeram boyunca müxtəlif komandalara və futbolçulara qarşı mübarizə aparmışam. Lakin onlara hər dəfə qalib gəlmək bizə nəsib olmayıb.
İstər ötən illərdə, istərsə də müasir dövrdə meydanda yarımmüdafiəçilərin əsas söz sahibi olduğunu görürük. Bunlara misal kimi, Lotar Matteus, Xuan Roman Rikelme, Miqel Arteta, Juninyo, Ziko, Andrea Pirlo, Sesk Fabreqas, Frənk Lampard, Andres İniyesta, Xavi və digər futboçuların adını çəkə bilərəm.
Mən eyni zamanda "Arsenal"ın əfsanəvi müdafiəçisi və kapitanı Toni Adamsı da bəyəndiyimə baxmayaraq, onu hər dəfə keçməyə müvəffəq olmurdum. Çünki o, çox təcrübəli bir müdafiəçi idi. Adams təkcə futbolçu kimi deyil, eyni zamanda şəxsiyyət kimi hörmət etdiyim bir insandır".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”