“İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev bu yaxınlarda Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olmuş Azərbaycan U-17 milli komandasının düşərgəsindən qayıdıb. Qol.Az-ın məlumatına görə, gənc futbolçu Qazaxıstan səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
-Coşqun, bunadək müxtəlif yaş kateqoriyalarında Azərbaycan milli komandalarında da çıxış etmisən. Lakin U-17 komandasının heyətində bu turnir sənin üçün əlamətdar oldu...
-Bəli, iki il U-15 millisinə dəvət aldım, sonra U-16 komandasının şərəfni qorudum və indi də Azərbaycan U-17 milli komandasında oynamaq şərəfinə nail oldum. Həmçinin məşqçi Təbriz Həsənovun rəhbərliyi altında ilk dəfə çıxış etmədiyimi və U-17 komandasının bir çox futbolçuları ilƏ U-15 və U-16 komandalarında birlikdə oynadığımı da demək istərdim.
Buna görə də, uyğunlaşmayla bağlı hər hansı problemim olmadı. Komanda tərəfdaşlarımla əla münasibətlərim var, bütün uşaqlar bir-birilərinin oyunlarını əla bilirlər və bir-birlərini bir kəlmədən anlayırlar.
-Qazaxıstanda Prezident Kuboku turnirində Azərbaycan U-17 millisi yaxşı futbol nümayiş etdirdi və turnirin qalibi olmağı bacardı. Turnir haqqında təəssüratlarını bölüşməyini istərdik...
-Bu, çox yüksək səviyyəli turnir idi, turnirdə 8 güclü milli komanda iştirak edirdi. Ən ciddi rəqiblər arasında Türkiyə və Ukrayna milli komandalarını qeyd etmək istərdim. Müəyyən bölgüdə Ermənistan yığması ilə da qarşılaşa bilərdik.
Biz turniri İran millisilə keçirdiyimiz oyunla açdıq. Sonra ev sahibi Qazaxıstan komandası ilə qarşılaşdıq. Bu oyunlar çox mürəkkəb alındı, lakin buna baxmayaraq qazaxları məğlub etməyi bacardıq. Qrupda son tura 100 faizlik göstəricilə yaxınlaşdıq və finala çıxışımızı təmin etdik.
Bu vəziyyət Özbəkistanla oyunun formal xarakter almasına səbəb olsa da, biz bu qarşılaşmanı da qələbə ilə başa vurduq. Həlledici qarşılaşmada bizi Ukrayna ilə oyun gözləyirdi. Bu matçda çempionluğun taleyi həll edilirdi və biz ilk növbədə komanda oyunu sayəsində uğur qazanmağı və rəqibi üstələməyi bacardıq.
-Ukrayna ilə oyunda final fitindən sonra hansı hissləri yaşadın?
-Bu, təkrarolunmaz hisslər idi. Biz qalib gələcəyimizə inanırdıq və bu inam bizə kömək etdi. Biz Allahın köməyilə qalib gəldik.
-Milli komanda üçün yaradılmış şəraiti necə qiymətləndirirsən?
-AFFA bizim üçün bütün lazımi şəraiti yaradıb, biz federasiya tərəfindən qayğını hiss edirdik və bu, bizə kömək edirdi. Qeyd etmək yerinə düşərdi ki, Ukrayna ilə final matçında bizi dəstəkləmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov gəlmişdi.
-Sənin məşqçi Şahin Diniyevin oğlu olduğunu bilirik. Futbola sevgini sənə atan aşılayıb? Yoxsa...
-Yox, mən futbolu uşaqlıqdan sevirdim. Atam futbol aləmində mənə yalnız yol göstərirdi, məsləhətlər verirdi və məni bütün təşəbbüslərimdə dəstəkləyirdi.
-Atan “İnter”in heyətində, istər U-17, istərsə əvəzedici komandada sənin matçlarını tez-tez izləyir. Həmişəmi çıxışından razı qalır? Yoxsa tez-tez tənqid edir?
-Atam mənə məsləhətlər verir, zəngin təcrübəsilə bölüşür və mən də onun məsləhətlərinə qulaq asmağa çalışıram. Ümid edirəm ki, bu, məndə alınır.
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord