«Apşeron»un klubunun baş məşqçisi Mirbağır İsayev qapıçıları Andrey Popoviçin Almaniyanın «Fortuna» klubuna dəvət almasına münasibət bildirib.
Qol.Az-a verdiyi açıqlamada o bildirib ki, Andreyın böyük 5-lik ölkələrindən biri sayılan Almaniya birinciliyinin iştirakçısından təklif almasını komandası üçün böyük uğur sayır.
«Doğrudur, baxışa çağrılmaq, hələ “Fortuna”nın tam hüquqlu üzvü olmaq demək deyil. Lakin Popoviç inamlı oyunuyla mütəxəssislərin diqqətini cəlb etməyi bacarıbsa, onun ilboyu çəkdiyi zəhmət hədər getməyib. Biz gənc qapıçını heyətimizə qatanda o, “Bakı” klubunun əvəzedici heyətinin heç ehtiyat skamyasında da, yer almırdı. Lakin “Abşeron”da çıxış etməyə başlayandan sonra onun futbolçu karyerası yüksələn xətt üzrə inkişaf etdi. O, tədricən Azərbaycanın milli komandasına dəvət almağa başladı, sonralar isə Kamran Ağayevin əvəzedicisı kımi heyətdə möhkəmləndi. Buna görə də, “Fortuna”dan təklifi gözlənilməzlik kimi deyil, normal hadisə kimi qəbul edirəm. Lakin yenə də, hər şey onun özündən asılı olacaq. Ona görə də, hesab edirəm ki, Andreyın “Fortuna”dan aldığı təklifi hələlik onun gələcək uğurlarının avansı kimi qiymətləndirmək olar” - deyə o bildirib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”