Parks: "Bakı" əsəbi olacaq"

XƏBƏR 4 May 2011 / 12:01 1841
-  A +

Üç qolla Azərbaycan kubokunun bombardiri olan "Xəzər Lənkəran"ın hücumçusu Uinston Parks bu gün "Bakı"ya qarşı keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, hazırda özünü yaxşı hiss ediyini deyən Parks bugünkü kubok matçına tam hazır olduğunu bildirib.

"Əlbəttə, qarşıdakı oyun çox çətin olacaq. Rəqibi ötən oyunda məğlub etdiyimizdən, onlar kifayət qədər əsəbi olacaqlar. Oyundan nə gözləyirəm? Əlbəttə ki, qələbə. Lakin bunun üçün biz çox diqqətli olmalıyıq və əlimizə düşən hər bir fürsətdən yararlanmalıyıq. Azarkeşlərimizində, komandanın da bu qələbəyə ehtiyacı var. Ümid edirəm ki, biz bunu bacaracağıq” - deyə o qeyd edib.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır