"Barselona" - "Real" matçında meydançaya "İnter"in azarkeşi girdi

XƏBƏR 4 May 2011 / 00:52 1952
-  A +

İspaniyanın "Barselona" və "Real" klubları arasında keçirilən Çempionlar Liqasının təkrar yarımfinal matçı zamanı "Nou Kamp" stadionunda qeyri-adi olay baş verib. Komandalar ikinci hissəyə başlamağa hazırlaşdıqları vaxt meydançaya azarkeş girib.

O, "İnter"in formasında olub. Stadion mühafizəçiləri onun dalınca qaçaraq yaxalamağa müvəffəq olublar. Buna görə ikinci hissənin startı bir qədər gec başlayıb.

Son xəbərlər