"Qarabağ" klubu daim sosial layihələrdə iştirak etməklə cəmiyyətə inteqrasiyaya xüsusi önəm verir. Qol.Az-ın məlumatına görə, bu gün komanda üzvləri ölkəmizdə sayılıb-seçilən təhsil ocaqlarından olan Bakı özəl türk litseyinin qonağı olub.
Görüşə baş məşqçi Qurban Qurbanovla yanaşı, futbolçulardan Əfran İsmayılov, Georgi Adamiya, Vüqar Nadirov, Rauf Əliyev və Elvin Məmmədov da qatılıb. Litseyin rəhbərliyi tərəfindən səmimi qarşılanan baş məşqçi və futbolçular əvvəlcə məktəblə tanış olublar. Tədbirin təşkilatçısı Cihad Cengiz və litseyin direktor müavini Salih Gülhan məktəbin fəailiyyəti haqqında danışaraq tədris müəssisəsinin bütün bölümləri barədə ətraflı məlumat verib. Şagirdlərlə səmimi söhbət edən Qurban Qurbanov onların dərsləri ilə də maraqlanıb. İdman bölməsində isə daha maraqlı olay yaşanıb. Məktəbin idman dərəcəsi olan güləş müəllimi Ercan Cengizlə vaxtilə güləşlə məşğul olmuş Əfran İsmayılov güclərini sınayıb. İsmayılov ciddi müqavimət göstərsə də, sonda peşəkar qalib gəlib.
Tədbirin növbəti mərhələsi isə şagirdlərlə görüşdə baş tutub. 200-ə yaxın şagird qonaqları alqışlarla qarşılayıb. İlk olaraq "Qarabağ" haqqında şəkilli slaydlar təqdim edilib. Sonra baş məşqçi və futbolçulara suallar verilməyə başlayıb. Səmimi ab-havada davam edən görüşün sonunda litseyin müdiri Hayrettin Ünver də çıxış edərək "Qarabağ"lılara səmimi davranışlarına görə təşəkkür edib. Komanda üzvlərinə hədiyyələr verilib, Qurbanov isə "Qarabağ"ın futbolçuları tərəfindən imzalanmış formanı məktəb rəhbərliyinə təqdim edib. Sonra isə şagirdlər və müəllim heyəti ilə xatirə şəkli çəkilib.
Yekunda Ünver qonaqları çay süfrəsinə dəvət edib. Görüş maraqlı söhbətlərlə başa çatıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”