Qazaxıstan milli komandası iyunun 3-də Azərbaycan yığması ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçı öncəsi futbolçu itkisi ilə üzləşib. Qol.Az-ın məlumatına görə, “İrtış” klubunda çıxış edən qapıçı David Loriya sıradan çıxıb.
O, ölkə çempionatının son turunda “Tobol”la oyun zamanı ciddi xəsarət alıb. 30 yaşlı qolkiper “sports.kz” saytına açıqlamasında sol ayağının axill vətərini qırdığını və ən azı 3 ayadək oynamayacağını bildirib.
David Loriya 2008-ci il Avropa çempionatının seçmə tsiklində Qazaxıstan yığmasının əsas qapıçısı olub. Lakin o, son iki seçmə mərhələ oyunlarında elə də şans qazanmayıb. Cari seçmə tsikldə Loriya yalnız martın 26-da İngiltərə ilə səfər matçında əsas heyətdə yer alıb. Lakin təcrübəli qapıçı 4 top buraxıb.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı Astana şəhərindəki eyniadlı stadionda baş tutacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”