"Arsenal"ın rusiyalı futbolçusu Andrey Arşavin mövsümün sonunda komandanı tərk edə bilər. Qol.Az-ın məlumatına görə, bu mövsüm gözlənilən oyunu sərgiləyə bilməyən Arşavinlə yollarını ayrımağı planlaşdıran "Arsenal" klubu artıq bu mövqeyə yeni futbolçuları da müəyyənləşdirib.
"Arsenal"ın baş məşqçisi Arsen Venger yeni mövsümdə "Barselona"dan Boyan Krkiç, "Şaxtyor" (Donetsk) klubundan isə Villianı transfer etməyi düşünür. Arşavinin "Arsenal"dan ayrılacağı təqdirdə yenidən "Zenit" klubuna qayıdacağı gözlənilir. Peterburq təmsilçisinin rəhbərliyi də Arşavini komandaya qaytarmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Arşavin 2009-cu ildə 16 milyon avro müqabilində məhz "Zenit"dən "Arsenal"a transfer olunmuşdu.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”