Münhenqladbax «Borussiya»sının keçmiş baş məşqçisi Horst Keppel millimizin çalışdırıcıçı Berti Foqtsun bu klubun idman direktoru vəzifəsinə gətiriləcəyi xəbərlərini şərh edib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Foqts «Borussiya»da işləməyəcək: «Mən cəsarətlə deyə bilərəm ki, Foqts heç bir rəsmi funksiya daşımayacaq. O, əvvəlkitək Azərbaycan millisinin baş məşqçisi olaraq qalır. Amma məşqçilər şurasını yaradılması ideyası var ki, orada Foqts da təmsil oluna bilər».
Qeyd edək ki, Horst Keppel «Borussiya» klubunun prezidentliyinə keçiriləcək seçkidə namizədliyini irəli sürəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”