"Bakı" klubu Azərbaycan Unibank Premyer Liqasının sonuna 3 tur qalmış "Neftçi"nin çempionluğu təmin etməsi münasibəti ilə bu komandanı təbrik edib. Qol.Az-ın məlumatına görə, təbrikdə deyilir ki, gərgin və maraqlı mübarizədə bütün rəqiblərini geridə qoyaraq zirvəyə yüksələn "Neftçi" son illərin uğursuz nətcələrini unutduraraq azarkeşlərini və Azərbaycan futbolsevərlərini sevindirib.
"Gənc və istedadlı məşqçi Arif Əsədovun rəhbərliyi altında döyüşkən və səviyyəli futbolçuların sintezindən qurulan komandanın cari mövsüm nümayiş etdirdiyi oyun və əldə etdiyi nəticələr "Neftçi"nin çempionluq qazanmasında böyük rol oynadı.
"Neftçi"nin bügünkü uğurlarından danışarkən klub prezidenti Sadıq Sadıqov faktorunu da qeyd etməmək ədalətsizlik olardı. Sirr deyil ki, "Neftçi" əldə etdiyi ən dəyərli titullarından birinə, məhz bu insanın klub rəhbərliyinə gətirilməsi və onun yenilikçi və dəqiq idarəçilik bacarığı sayəsində nail olub.
Artıq inamla vurğulamaq olar ki, Sadıq Sadıqovun "Neftçi"nin keçmiç ənənələrinin bərpası, yenidən həmişə iddialı və rəqabətə hazır bir komandaya çevrilməsi istiqamətində atdığı addımlar öz bərhəsini verməkdədir.
"Bakı" futbol klubu dost və qardaş komanda olan "Neftçi"ni çempionluq titulu qazanması münasibəti ilə təbrik edir, "ağ-qara"lara Avropa miqyaslı yarışlarda eyni dərəcədə inamlı və uğurlu olmasını arzulayır" - deyə məktubda bildirilib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”