Türkiyə millisinin futbolçusundan böyük fədakarlıq

Türkiyə millisinin futbolçusundan böyük fədakarlıq
XƏBƏR 3 May 2011 / 13:24 2343
-  A +

Türkiyə milli komandasının və "Bavariya" klubunun yarımmüdafiəçisi Həmid Altıntop böyük fədakarlığı ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasının səfərdə Belçika ilə vacib görüşü olduğu üçün Altıntop əməliyyatını təxirə salıb.

Uzun müddətdir zədəsi səbəbi ilə "Bavariya"nın düşərgəsindən kənar qalan Altıntopa əməliyyat olunmasının vacib olduğu bildirilib. Altıntop isə klubun həkimi ilə danışaraq bu əməliyyatı iyunun 3-dən sonra keçirmək istədiyini açıqlayıb. Onun bu hərəkəti isə bütün Türkiyədə alqışa layiq görülüb.

Qeyd edək ki, Altıntop "Bavariya"nın heyətində sonuncu dəfə martın 19-da "Frayburq"a qarşı oyunda meydana çıxıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır