Azərbaycanın ən köklü klubu "Neftçi"nin Premyer Liqanın 2010/11 mövsümündə vaxtından qabaq qızıl medallar qazanması təkcə ölkəmizdə deyil, bütün dünyada əks-səda doğurub. Qol.Az-ın məlumatına görə, altıncı dəfə çempion tituluna yiyələnən flaqmanın ünvanına məşhur klubların, mütəxəssislərin, idman xadimlərinin adından təbriklər gəlməkdədir.
Belə təbriklərdən biri də planetin ən nəhəng klublarından biri olan İtaliya "Milan"ından daxil olub. "Milan" klubunun vitse-prezidenti Adriano Qallianinin imzası ilə "Neftçi"nin prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: "A.C. Milan" ailəsi adından sizi 6-cı dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik".
Qeyd edək ki, "Milan" dünyanın ən titullu klublarından biridir. 1899-cu ildə əsası qoyulan bu komanda 17 dəfə İtaliya çempionu, 5 dəfə İtaliya kuboku, 5 dəfə İtaliya Superkuboku, 7 dəfə Çempionlar Liqası, 5 dəfə UEFA Superkuboku və 2 dəfə UEFA Kuboklar Kubokunun qalibi olub. Bundan başqa, Milan şəhərinin eyniadlı təmsilçisi 2007-ci ildə FİFA klublararası dünya çempionatında da qızıl medallara sahib çıxıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”