"İnter"in tikinti şöbəsinin baş mühəndisi Nazim Muradəsilov "Şəfa" stadionunda aparılan tikinti işləri barədə klubun rəsmi saytına ətraflı məlumatı verib.
-Stadionda aparılan tikinti işləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik. Tikinti işlərinin başa çatmasından sonra stadionun görünüşü necə dəyişəcək?
-Bizim stadionun görünüşünün dəyişdirilməsinin bir neçə variantı var idi, son nəticədə bir layihə üzərində dayandıq. Stadionun yenidən inşasının ümumi kompleksinə iki altı mərtəbəli binanın inşası və hər iki binanı birləşdirəcək qalereyanın tikintisi daxildir.
İnşa edilən birinci bunanı “Bina A”, ikinci binanı “Bina B” adlandıraq. Həmin binada 4 ulduzlu 50 nömrəlik otel yerləşəcək. Bundan başqa, binada VİP dərəcəli 3 sərnişin lifti və dama çıxışı olan 1 xidməti lift olacaq. Bir də ki, bina özünün yeraltı avtodayanacağına malik olacaq.
İkinci “Bina B”də müxtəlif şirkətlər üçün ofislər yerləşəcək. Həmin bina da 6 mərtəbəli olacaq, burada həmçinin kafe fəaliyyət göstərəcək. Qeyd etmək yerinə düşərdi ki, hər iki binanın damında solyariya istifadəyə veriləcək. Birləşdirici qalereya 3 mərtəbədən ibarət olacaq. Birinci mərtəbədə mətbuat konfransları üçün zal, kafe, spa-salon və idman məhsulları satılan mağaza yerləşəcək.
İkinci mərtəbədə 80 nəfər üçün nəzərdə tutulmuş 2 restoran fəaliyyət göstərəcək. Restoranların birində müştərilərə Avropa , digər restoranda isə milli və dünya mətbəxindən yeməklər təklif ediləcək. Üçüncü mərtəbədə qış bağı, limonariya və musiqi salonu olan şəkil qalereyası yerləşəcək. Demək istərdim ki, tikinti də ekoloji təmiz materiallardan istifadə olunur.
-Tikinti hansı mərhələdədir?
-Biz artıq ümumi tikinti işlərini və binanın şüşə örtüyülə üzləmə işini başa çatdırırıq. Artıq liftlər montaj olunub. Binanın mühəndis təminatını həyata keçirmək, başqa sözlə desək, binanı su, istilik, elektrik enerjisilə təmin etmək qalır. Bundan başqa, bəzək işlərini, o cümlədən mətbəx və restoran avadanlığının quraşdırılmasını həyata keçirmək lazımdır.
-Tikinti işləri nə vaxtdan gedir və işlərin nə zaman başa çatdırılması planlaşdırılır?
-Tikini işləri artıq 2 ildən artıq davam edir. Biz tikinti işlərinə 2008-ci ilin avqust ayından başlamışıq. Demək istəyirəm ki, tikinti işlərini 20 ay ərzində başa çatdırmaq istəyirik.
-Bu rekonstruksiya hansı müsbət nəticələr verəcək?
-Rekonstruksiya böyük üstünlüklər verəcək. Bildiyimə görə, tikintinin başa çatmasından sonra yeni ofisdə klubun uşaq akademiyası yerləşəcək. Bundan başqa, qonaq gəlmiş futbolçular fəaliyyət göstərəcək otelin imkanlarından istifadə etmək imkanı qazanacaqlar. Buna əlavə olaraq deyə bilərəm ki, rekonstruksiya stadionun estetik görünüşünü və klub əməkdaşlarının məişət şəraitini yaxşılaşdıracaq. Bundan başqa, yeni üzlüyə malik bina Heydər Əliyev prospektinin görünüşünü də yaxşılaşdıracaq.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
DÇ-2026-da 1/4 finalın son iki oyunu
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə