"Neftçi"nin təcrübəli futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Abdullayev daha çox "Neftçi"nin çempionluğundan və əsas hədəfləri haqda danışıb:
"Qarşımızda duran vəzifənin öhdəsindən gəldik. İnanın bu mövsüm çempion olmağı biz hamıdan çox istəyirdik. Allaha sükürlər olsun, arzumuza çatdıq. Uzun müddət idi "Neftçi" uğur qazana bilmirdi. Bu mövsüm gözəl komanda quruldu. Səviyyəli yerli və legioner futbolçularla yanaşı, gənc futbolçulara da heyətdə yer verildi. Çox çətin mövsümü arxada qoyuruq. "Neftçi"də olan hər kəsin bu çempionluqda böyük payı var.
Klub rəhbərliyinin, məşqçilər korpusunun, futbolçuların, klubumuzun əməkdaşlarının, hamının səyi nəticəsində qızıl medalları qazandıq. Bu çempionluğu prezidentimiz Sadıq Sadıqova, komandamızın möhtəşəm azarkeşlərinə həsr edirik. Artıq əsas hədəfimiz UEFA Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etməkdir. Düşünürəm ki, "Neftçi" Avropa arenasında uğurla çıxış edərək yeni bir ilkə imza atmaq iqtidarındayıq".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”