“Roma” klubunun kapitanı Françesko Totti futbol üzrə İtaliya çempionatları tarixində ən yaxşı bombardirlər siyahısında 5-ci pilləyə yüksəlib.
Qol.Az-ın məlumatına görə, 35 yaşlı forvard buna A seriyasının 35-ci turunda “Bari” ilə oyunda “dubl” etməklə nail olub.
Hazırda Tottinin hesabında 206 qol var. O, Roberto Bacconu bir top qabaqlayır. Ən yaxşı snayperlər isə Silvio Piola (274), Qunnar Nordal (225), Cüzeppe Meatsa (216) və Xose Altafini (216) sayılır.
Qeyd edək ki, Françesko Totti İtaliya çempionatında 1993-cü ildə debüt edib. O, 16 yaşında ikən ilk dəfə “Roma” forması ilə meydançaya çıxıb. Totti həmin vaxtdan “sarı-qırmızılar”ın şərəfini qoruyur.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”