Slavko Georgievski: "Avropada da Azərbaycanı layiqincə təmsil edəcəyik"

Slavko Georgievski: "Avropada da Azərbaycanı layiqincə təmsil edəcəyik"
XƏBƏR 2 May 2011 / 14:36 2384
-  A +

"Neftçi"nin makedoniyalı futbolçusu Slavko Georgievski AZAL-la oyundan sonra çempionluq sevincini klubun rəsmi saytına bölüşüb. Qol.Az-ın məlumatına görə, Georgiyevski "Neftçi"ni Azərbaycanın ən güclü komandası hesab etdiyini bildirib: "Komandamız çempion oldu. Bundan böyük xoşbəxtlik ola bilməz. Son oyuna çox ciddi hazırlaşmışdıq. Axı rəqiblərimizin xal itkisi ilə üzləşdiyini bilirdik.

Qalib gələcəyimiz təqdirdə vaxtından əvvəl çempion olacaqdıq. Bunu dərk edərək meydana çıxmışdıq. "Neftçi"də möhkəm, döyüşkən, əla kollektiv formalaşıb. Biz bir daha sübut etdik ki, "Neftçi" hazırda Azərbaycanın ən güclü komandasıdır. Düzdür, mövsüm çətin keçdi. Bu uzun marafonun sonunda qızıl medalları qazandıq.

Azərbaycan çempionatının qalibi olaraq, qarşıda bizi Çempionlar Liqası kimi mötəbər turnirdə gərgin mübarizə gözləyir. Avropanın yaşıl meydanlarında Azərbaycanı layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik.

Mən buradan "Neftçi"nin möhtəşəm azarkeşlərinə səslənmək istəyirəm: "Ağ-qaralı" azarkeşlər bütün mövsümboyu bizi yalnız buraxmadılar, soyuqda, qarda, yağışda, səfər oyunlarında daim bizim yanımızda oldular. Bu çempionluğu onlara həsr edirik".

Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi