Quti: "Sadəcə bir ay İstanbulda qalacam"

Quti: "Sadəcə bir ay İstanbulda qalacam"
XƏBƏR 2 May 2011 / 13:21 1897
-  A +

"Beşiktaş" klubunun ispaniyalı yarımmüdafiəçisi Quti Hernandez maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, sadəcə bir ay İstanbulda qalacağını bildirən Quti mövsümün sonunda "Beşiktaş"dan ayrılacağına bir işarə verib.

"Qalatasaray"la oyundan sonra evinə doğru gedən Quti jurnalistlərin suallarına tuş gəlib. Lakin Quti çox qısa danışaraq bunları deyib: "Türkiyəyə uğur qazanmaq üçün gəlmişdim. Lakin artıq sadəcə 1 ay İstanbulda qalacam". Bununla da, Quti mövsümün sonunda "Beşiktaş"dan ayrılacağını gizlətməyib.

Qeyd edək ki, Quti mövsümün əvvəlində "Real" (Madrid) klubundan "Beşiktaş"a transfer olmuşdu.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır