Rumıniya mətbuatı: "Mirça Rednik əsas məqsədinə nail ola bilmədi"

Rumıniya mətbuatı: "Mirça Rednik əsas məqsədinə nail ola bilmədi"
XƏBƏR 2 May 2011 / 12:25 2101
-  A +

Azərbaycan Premyer Liqasını daim diqqət mərkəzində saxlayan Rumıniya mətbuatı bu dəfə də maraqlı şəhrləri ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, əsasən həmyerliləri Mirça Rednikin komandası "Xəzər Lənkəran"ın "İnter"lə oyunda xal itirməsinə toxunan rumınlar sona 3 tur qalmış "Neftçi"nin çempionluğunu xüsusi qeyd ediblər.

Rumıniya mətbuatı Rednikin işinə belə qiymət verib: "Rednikin komandası son turda xal itirməklə çempionluğu "Neftçi"yə vermiş oldu. Bununla da Rednik Azərbaycanda əsas məqsədinə nail ola bilmədi. Lakin "Xəzər Lənkəran" Azərbaycan kubokuna yiyələnə bilər. Rednik məhz bu uğurla heyətində 11 rumıniyalı futbolçunun da olduğu "Xəzər Lənkəran"da ilk titulunu qazana bilər".

Qeyd edək ki, "Xəzər Lənkəran" Azərbaycan kubokunun finalına vəsiqə qazanmaq üçün "Bakı"nı mübarizədən kənarlaşdırmalıdır.


Son xəbərlər