"Anji"dən daha bir qələbə

"Anji"dən daha bir qələbə
XƏBƏR 2 May 2011 / 00:01 1922
-  A +

"Anji" klubu Rusiya Premyer Liqasında növbəti qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, Mahaçqala komandası 7-ci turda öz meydançasında "Rostov"u məğlub edib - 1:0.

Yeganə topu 57-ci dəqiqədə penaltidən Roberto Karlos vurub. Bu qələbə sayəsində "Anji" xalını 12-yə çatdırıb və 4-cü pilləyə yüksəlib. "Zenit" 14 xalla 1-ci, "Lokomotiv" 13 xalla 2-ci, "Kuban" isə 12 xalla 3-cüdür. 

Qeyd edək ki, "Anji"nin baş məşqçi köməkçisi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov, seleksiyaçı-məşqçisi yığmamızın sabiq müdafiəçisi Emin Ağayevdir.  

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır