Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo unikal nailiyyətə imza atıb.
QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda "Əl-Raed"lə görüşdə iştirak etməklə nail olub. Sözügedən görüşdə "Əl-Nəsr" 2:1 hesabı iləqalib gəlib. Komandanın qollarından 1-ni 45-ci dəqiqədə məhz Ronaldo vurub.
Bu görüş Kriştianonun klub karyerasında 700-cü qələbəsi olub. Nəticədə o, tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu adına yiyələnib.
Portuqaliyalı futbolçu “Sportinq” ilə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus” ilə 91, “Əl-Nəsr”lə isə 66 dəfə meydanı üstün tərəf kimi tərk edib.
Forvard klub səviyyəsində 786, Portuqaliya millisində isə 135 qol vurub.
Qeyd edək ki, Kriştiano 2022-ci ilin dekabr ayının 30-da "Əl-Nəsr"lə müqavilə imzalayıb. Tərəflərin sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə