Sakit Alıyev: "Bəxtimiz gətirmədi"

Sakit Alıyev: "Bəxtimiz gətirmədi"
XƏBƏR 1 May 2011 / 20:25 1895
-  A +

"Meydança yaxşı vəziyyətdə deyildi. İlk hissədə buraxdığımız səhv qapımızda qolla nəticələndi. Lakin ikinci hissədə daha yaxşı oynadıq". Qol.Az-ın məlumatına görə, bunu "Turan" klubunun məşqçisi Sakit Alıyev Tovuzda "Muğan"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

Alıyev bəxtsizlikdən də şikayətlənib. O, ikinci hissədə göstərdikləri oyuna görə komandasına və sona qədər "Turan"ı dəstəkləyən azarkeşlərə minnətdarlıq edib.

Qeyd edək ki, "Turan"ın baş məşqçisi Naci Şensoy cəzalı olduğu üçün texniki zonaya buraxılmayıb.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır