Bəhmən Həsənov: "Biz hər bir oyuna eyni cür hazırlaşırıq"

Bəhmən Həsənov: "Biz hər bir oyuna eyni cür hazırlaşırıq"
XƏBƏR 1 May 2011 / 20:16 1579
-  A +

"Meydançanın vəziyyətinin ağır olmasına baxmayaraq, komandamın göstərdiyi oyundan razı qaldım". Qol.Az-ın məlumatına görə, bunu "Muğan"ın baş məşqçisi Bəhmən Həsənov "Turan" üzərində 1:0 hesablı səfər qələbəsindən sonra deyib.

Oyunun çətin keçdiyini bildirən Həsənov əsasən gənc futbolçulara şans verdiyini söyləyib: "Futbolçularıma minnətdarlığımı bildirirəm. Biz hər bir oyuna eyni cür hazırlaşırıq. "Turan" klubuna uğurlar arzulayıram".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner