Yığmamız Rusiya klubunu yenib

Yığmamız Rusiya klubunu yenib
XƏBƏR 1 May 2011 / 14:04 1680
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 "Spring" beynəlxalq turnirində növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, rəqib Rusiyanın "Apollo" komandası olub.

Millimiz 5:3 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Elvin Quliyev dubl edib, Namiq İsgəndərov, Nahid Mehrəliyev və Ramil Əliyev hərəyə 1 dəfə fərqlənib.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır