“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlər üçün brifinq keçirib. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Dramatik sonluqla bitən matçda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Təəssüratlarınız necədir?
- Ən vacibi, bizi sevindirən odur ki, gözəl oyun oldu. Qələbəyə hər zaman sevinirik. “Qarabağ” kimi komandadan alınan xallar bizi xoşbəxt etməyə bilməz. Azarkeşlərimizə təşəkkür edirik. Onlar göstərdilər ki, “Turan Tovuz”un təkcə yaxşı deyil, həm də pis gününün dostudurlar.
- Bu mövsüm 3 oyunda “Qarabağ”dan 7 xal almısınız. “Turan Tovuz” Ağdam klubu ilə matçlara xüsusi hazırlaşır?
- “Qarabağ” böyük komandadır. Çempionatımızdakı hər bir komanda “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayır. O cümlədən də biz. Xüsusi bir hazırlığımız yoxdur. Belə nəsib olur.
- “Qarabağ” üzərində qələbələr klub rəhbəri kimi sizin özünüzün gələcəklə bağlı motivasiyanıza necə təsir edir?
- Hər qələbədə olduğu kimi. Azərbaycan futbolunda “Qarabağ”ın rolu əvəzsizdir. Bu qələbələrimiz çempionatın maraqlı olmasına gətirib çıxarır, rəqabəti artırır. Bu məğlubiyyətlər “Qarabağ”ın özünə də faydalıdır. Rəqabət artdıqca keyfiyyət də artır.
- “Turan Tovuz” “Kəpəz”ə uduzur, sonra “Qarabağ”a qalib gəlir. Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?
- Çempionatda autsayder yoxdur. Hər komanda ciddi rəqibdir. Bunu görürük. İldən ilə çempionatımızda baxımlılıq artır. Bunun üçün təşkilatçılara, PFL-ə təşəkkür edirəm. Xüsusən də qeyd etməliyəm ki, hakimlər komitəsindəki dəyişiklik çempionatımıza müsbət təsir edib. Bizi gözəl günlər gözləyir.
- Legioner limitinin ləğvi ilə bağlı fikirləriniz necədir? “Turan Tovuz” bu qərarın lehinədir, ya əleyhinə?
- Konkret fikir bildirmək olmur. Çünki mən limitin ləğvini elə əsaslandıraram ki, hamı bunu dəstəkləyər. Yaxud da əksinə. Ləğv olunmamasını də eyni cür əsaslandıra bilərəm. Biz sadəcə müddətə etiraz edirik. Çünki uzunmüddətli konktraktlarımız var. Lakin qərar qəbul olunsa, ayaq uyduracağıq.
- AFFA-ya müraciət etsəniz də, il yarımdır “Turan Tovuz”un stadionunun ot örtüyünün dəyişdirilməsi üçün maliyyə vəsaiti ayrılmayıb. Bu haqda nə deyə bilərsiniz?
- Bizim onların səmimiyyətlərinə qətiyyən şübhəmiz yoxdur. Həqiqətən də büdcədə bunun üçün vəsait yoxdur. Lakin müzakirə gedir. Biz məsələni ona görə gündəmdə saxlayırıq ki, sabah maliyyə olarsa, ilk bu məsələ həll olunsun. Çünki biz bu işə öz nöqteyi-nəzərimizdən deyil, futbolumuzun inkişafı baxımından baxırıq.
- Növbəti mövsüm üçün ot örtüyünün dəyişdiriləcəyini dəqiqliklə söyləmək mümkündür?
- Martdan tez düşünə bilmərik. Həmin vaxt klubun İdarə Heyətinin iclasının toplantısı olacaq və orada qərar qəbul olunacaq ki, qazonu nə vaxt dəyişdiririk.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
"Borussiya"nın Bakıda oteldəki məşqindən maraqlı - Video
“Qalatasaray” müraciət etdi, UEFA-dan rədd cavabı aldı
"Yuventus"da itki
"Sarı divar"ı yaradanlar da Bakıdadır...
Ten Haq: “Qoy Kerrik öz işini görsün”
“Barselona” prezidentindən “Real”a sərt ittihamlar
Bugünkü oyunları yayımlayacaq kanallar