“Neftçi” uğursuz zolağından çıxa bilmir ki, bilmir.
Hazırkı mövsümün gedişatında baş məşqçisi Roman Qriqorçuku istefaya göndərib yerinə Samir Abasovu gətirən “ağ-qaralar”ın nəticəsi bu mütəxəssisin gəlişi ilə də düzəlməyib. Düzələnə də oxşamır. Ya Abasovun gücü çatmır, ya da potensialı bundan artığına imkan vermir.
Dünən “Neftçi” Misli Premyer Liqanın 20-ci turunda “Araz Naxçıvan”a da uduzdu - 1:2. Bu, komandanın hazırkı mövsüm çempionatda 8-ci məğlubiyyəti oldu. Məğluniyyətlə yanaşı komandanın oyunu yoxdur, futbolçularda istək, mübarizə əzmi, klubuna ürək yandırmaq kimi olması olan keyfiyyətlər görünmür.
Hazırda “Neftçi”nin 20 oyundan vur-tur 18 xalı var və 7-ci yerdədir.
30 milyon manat mövsümi büdcəsi olan (qeyri-rəsmi məlumat) bir klub üçün, bu, əlbəttə, heç bir bəraəti olmayan acınacaqlı göstəricidir. Müqayisə üçün qeyd edək ki, elə həmin “Araz Naxçıvan”ın büdcəsi “Neftçi”dən azı 3 dəfə azdır, buna baxmayaraq, turnir cədvəlində paytaxt klubunu düz 24 xal qabaqlayır. “Neftçi”nin əzəli rəqibi olan “Qarabağ”dan düz 32 xal geridə olmasına isə tarixdə heç vaxt rast gəlinməyib və bu, artıq həqiqi fiaskonun tablosudur.
“Qarabağ” bir kənara.
Turnir cədvəlində “Neftçi”dən öndə olan “Zirə”, “Turan Tovuz”, “Sabah”, hətta “Sumqayıt”ın belə büdcəsi “Neftçi”dən azdır.
Utancverici mənzərə sayılmalıdır. Klub, məşqçi heyəti və futbolçuları üçün. “Neftçi”yə idarəçi təyin edilən Cenk Sümer bəyəfəndi gələndən o ki var para qazanıb. Bəs, yaxşı, komandaya xalı kim qazandıracaq, abi? Cenk bəyin və köməkçilərinin işi nədən ibarətdir?
Amma təbii ki, səbəbkar təkcə rəhbərlik də deyil. Rəhbərlik baş məşqçini ona görə gətirib ki, komandanı yaxşı vəziyyətə çıxarsın. Amma Abasovun təyinatından sonra “Neftçi” 11 çempionat matçında cəmi 3 qələbə qazanıb.

Nəticədə indi komandanın çempionat yolu ilə avrokuboka düşməsi yalnız möcüzə sayəsində ola bilər. Çünki “ağ-qaralar”ın avrokubokda iştirakını mümkün edən 4-cü yerdən düz… 17 xal ayırır. Odur ki, baş məşqçi Samir Abasov ümidini bağlayıb yalnız kuboka.
Amma o, çarəsiz durumda olduğunu dünən “Araz Naxçıvan”la matçdan sonra keçirdiyi mətbuat konfransında da etiraf edib:
“Problemlərimiz var, çətinliklər var. Bunun öhdəsindən hələ ki, gələ bilmirik. Əsas problem hücumlardır. Bunun da nədən irəli gəldiyini bilirəm. Sadəcə problemi çözməkdə çətinlik çəkirik”.
Yoldaş Abasov, bu qədər legioner, əla şərait, yaxşı maaşla “Neftçi”yə qayıtdığınız bu 3 ayda problemi çözə bilməmisinizsə, bəlkə nöqsan futbolçudan daha çox elə sizin özünüzdədir? Hər gələn məşqçinin problemi özündən əvvəlki məşqçinin dönəmində alınan futbolçunun üzərinə atması da bəraət sayıla bilməz.
Abasov avrokuboklara çempionat yolu ilə düşə bilməyəcəklərini də qəbul edir.
“Artıq bütün prioriteti kuboka yönəldəcəyik. O demək deyil ki, çempionata uduzmaq üçün çıxacağıq. Amma tam gücümüzü kuboka verərək, inşallah, orada nələrisə etməyə çalışacağıq. Bu qədər”.
“Neftçi”nin kubokun qalibi olub-olmayacağını, Samir Abasovun bunu necə edəcəyini zaman göstərər.
Hələlik reallıq onu göstərir ki, “Neftçi”ni illərdir düşdüyü bu durumdan nə tez-tez dəyişən rəhbərlik və məşqçilər, nə bir ətək pul tökülüb gətirilən və yola salınan legioner futbolçular düzəldə bilir.
Görünür, ümid artıq bir Allaha qallb.
Aydın Bağırov
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi