Milli komandamızın baş məşqçisi: "Bu qələbəmizi Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edirik"

Milli komandamızın baş məşqçisi: "Bu qələbəmizi Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edirik"
XƏBƏR 30 Aprel 2011 / 22:58 1740
-  A +

Qazaxıstanın Astana şəhərində təşkil olunan «Prezident kuboku»nun 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna komandaları arasında keçirilən final oyunundan sonra yığmanın baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi saytına fikirlərini bildirib: «İlk növbədə onu qeyd etməliyəm ki, «Prezident kuboku» yaxşı turnirdir. Təşkilati məsələlər öz həllini yüksək səviyyədə tapmışdı. Bununla yanaşı, bu turnir yeniyetmə futbolçuların peşəkarlığa doğru gedən yolunda xüsusi əhəmiyyət daşıyan bir yarışdır. Çünki hər bir futbolçu burada əsl mübarizə atmosferini hiss edir. Bütün oyunlarda qalib gələ bilmək üçün var gücümüzü ortaya qoyduq, bacardığımızı əsirgəmədik. Sevinirik ki, müsbət nəticə qazandıq. Bu qələbəmizi Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edirik».
Qeyd edək ki, yığmamız «Prezident kuboku»nun finalında Ukrayna komandası ilə qarşılaşıb və oyunsonrası penalti seriyasında 5:4 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır