Rövnəq Abdullayev: "İnanırıq ki, belə qələbələr davamlı olacaq"

Rövnəq Abdullayev: "İnanırıq ki, belə qələbələr davamlı olacaq"
XƏBƏR 30 Aprel 2011 / 22:38 1848
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Qazaxıstanda keçirilmiş «Prezident kuboku» turnirinin qalibi olması ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, AFFA rəhbəri bu qələbə münasibətilə yığma komandamızın bütün üzvlərini, eləcə də ölkəmizin futbol ictimaiyyətini təbrik edib: “Yığmamızın «Prezident kuboku»nun qalibi olması hər birimizi sevindirir. Belə bir mötəbər yarışda əldə olunan müsbət nəticə bir daha onu göstərir ki, Azərbaycan futbolu inkişaf edir və düzgün yoldadır. Ümid edir və inanırıq ki, belə qələbələr davamlı olacaq. Bir daha yığmamızı təbrik edir və gələcək yarışlarda da uğurlar arzulayıram»

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır