"Fənərbaxça" 2 futbolçu ilə anlaşdı

"Fənərbaxça" 2 futbolçu ilə anlaşdı
XƏBƏR 30 Aprel 2011 / 12:33 2148
-  A +

Türkiyənin "Fənərbaxça" klubu artıq indidən yeni mövsümün komandasını qurmağa başlayıb. Qol.Az-ın məlumatına görə, ötən gün komandadan gedəcək əcnəbi futbolçuları açıqlayan baş məşqçi Aykut Kocaman eyni zamanda "Fənərbaxça"ya 2 futbolçu gətirmək niyyətində olduğunu bildirib.

Bu futbolçulardan bir "Eskişehirspor" klubunun yarımüdafiəçisi Sezər Öztürk, digəri isə "Karabükspor"un təcrübəli hücumçusu Emanuel Emenikedir. "Fənərbaxça" klubunun hər 2 futbolçu ilə anlaşdığı bildirilir.

Qeyd edək ki, mövsümün sonunda "Fənərbaxça"dan ayrılacaq Dabniel Quizanın əvəzinə isə məşhur bir hücumçunun transfer ediləcəyi gözlənilir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır