"Liverpul"un sabiq futbolçusu Rigobert Sonqun Mərkəzi Afrika Respublikasının milli komandasına baş məşqçi təyin olunması ölkədə qalmaqala səbəb olub.
QOL.az xəbər verir ki, sözügedən yığmanın son baş məşqçisi Raul Savoy ötən ilin oktyabr ayında istefaya göndərilib. Daha sonra isə komanda Rigobert Sonqa tapşırılıb.
Lakin Sonq bu vəzifəyə Mərkəzi Afrika Respublikasının Futbol Federasiyası tərəfindən yox, İdman Nazirliyi tərəfindən gətirilib. Onunla bağlı əmri idman naziri Rodolf Herityer Bonyör Donenq imzalayıb. Bu isə ölkədə qalmaqal yaradıb.
Federasiyanın adı qeyd olunmayan bir rəsmisi kamerunlu mütəxəssisin baş məşqçi təyin olunması mövzusunda onlara heç bir məlumatın verilmədiyini bildirib: "Mərkəzi Afrika Respublikası Futbol Federasiyası bu təyinatı sosial mediadan dəhşət və təəccüb içində öyrəndi".
O xatırladıb ki, belə qərarları yalnız federasiyanın icra şuraları verə bilər.
Qeyd edək ki, FİFA-nın nizamnaməsinə əsasən, dövlət qurumlarının yerli federasiyaların işinə müdaxiləsi yolverilməz hesab olunur. Buna görə hətta ölkənin FİFA üzvlüyünün dayandırılması kimi ciddi cəza da nəzərdə tutulur.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi