Elxan Məmmədov Qazaxıstanda Azərbaycan - Ukrayna finalını izləyəcək

Elxan Məmmədov Qazaxıstanda Azərbaycan - Ukrayna finalını izləyəcək
XƏBƏR 29 Aprel 2011 / 18:41 1804
-  A +

Qazaxıstan Futbol Federasiyasının rəhbərliyi AFFA rəhbərliyini "Prezident kuboku"nun final oyununa dəvət edib. Qol.Az-ın məlumatrına görə, bu məqsədlə baş katib Elxan Məmmədov Astana şəhərində təşkil olunmuş "Prezident kuboku"nun final oyununu izləmək üçün Qazaxıstana 1 günlük səfərə gedib.

Qeyd edək ki, aprelin 30-da, Bakı vaxtı ilə saat 18:00-da, "Astana Arena"da keçiriləcək final oyununda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları qarşılaşacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner