"Fənərbaxça"dan gedəcək əcnəbi futbolçular açıqlandı

"Fənərbaxça"dan gedəcək əcnəbi futbolçular açıqlandı
XƏBƏR 29 Aprel 2011 / 17:49 2385
-  A +

"Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman gələn mövsüm komandasında görmək istəmədiyi əcnəbi futbolçuların adlarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, çempionluğun bir addımlığında olan "Fənərbaxça" klubu mövsümün sonunda 4 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Kocamanın ilk siyahısında olan futbolçu braziliyalı Bilikadır. Komandadan gedəcək növbəti futbolçuların isə Daniel Quiza, İssar Dia və Kristian Baroni olduğu bildirilir. Yobo və Anderes Santosun taleyinə isə mövsümün sonunda aydınlıq gələcək. 

Qeyd edək ki, "Fənərbaxça" hazırda 70 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Trabzonspor" şəxsi oyunlarda "Fənərbaxça"ya məğlub olduğu üçün ikinci pillədə qərarlaşıb. 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır