"Neftçi"dən qovulan məşqçi Vyetnam millisi ilə anlaşa bilmədi

"Neftçi"dən qovulan məşqçi Vyetnam millisi ilə anlaşa bilmədi
XƏBƏR 29 Aprel 2011 / 14:20 1867
-  A +

Vyetnam Futbol Federasiyası mayın 4-də milli komandanın yeni baş məşqçisi ilə 2 illik müqavilə imzalayacaq. Qol.Az-ın məlumatına görə, Vietnam millisinin almaniyalı mütəxəssis Falko Qoetzlə anlaşdığı bildirilir.

Vietnam yığmasına digər namizəd "Neftçi" klubunun sabiq baş məşqçisi Hans Yurgen Gede olsa da, onunla anlaşama baş tutmayıb. Buna səbəb kimi isə Gedenin hazırda çalışdığı İranın "İstiqlal" klubu ilə iyun ayına qədər müqaviləsinin olması göstərilir.

Qeyd edək ki, 2009-cu ildə "Neftçi" klubuna rəhbərlik edən Gede uğursuz nəticələrinə görə komandadan qovulmuşdu. 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır