“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao ölkəsinin “Globo” nəşrinə müsahibə verib.
QOL.az xəbər verir ki, həmyerlilərinə komanda yoldaşı Juninyonun Braziliyanın “Flamenqo” klubuna mümkün transferi barədə danışan futbolçu Azərbaycan çempionatı və digər məsələlər barədə də məlumat verib.
“Juninyo bu gün Braziliya futbolundakı bir çoxlarından fərqli mərkəz hücumçusudur. Adətən bir sırf qol vuran, bir də daha hərəkətli, çox sürətli hücumçular olur. Nadir hallarda hücumçularda bunların hər ikisi cəmləşir ki, Juninyo da belələrindəndir. Onun çox qol vurmasının səbəbi sürətidir. Sürətli hərəkətləri, ötürmə üsulu inanılmazdır. Adətən mərkəz hücumçuları bunu etmir.
Təəccüblü deyildi ki, “Flamenqo” və “Sevilya” kimi böyük klublar onunla maraqlanır. Əvvəl bizim nəzərimizdə “Qarabağ”ın oyunçusuna belə klubların diqqət etməsi mümkün deyildi. Əminəm ki, niyə arxasınca gəldiklərini göstərəcək. O, əla oyunçudur. Fərdi oyuna və ya fərqli bir hərəkətə ehtiyac duyduğumuz zaman, matçın taleyini həll edə bilər. Düşünürəm ki, sürətindən istifadə edərək çoxlu qollar vuracaq. Braziliyada onun kimi oyunçular çatışmır”.

27 yaşlı yarımmüdafiəçi qeyd edib ki, “Qarabağ” ardıcıl çempionluqlar yaşasa da, yerli çempionat onlar üçün o qədər də asan keçmir: “Gələndə dedilər ki, oyunlar çox ağır keçir. “Qarabağ” uzun illərdir çempion olur. Çünki baş məşqçimiz çoxdandır ki, klubun fəlsəfəsini saxlayır, klubu az oyunçu tərk edir. Bu da komandanın öz performansını qoruyub saxlaması deməkdir. Amma liqa çətindir. Çünki rəqiblər bizə qarşı başqa cür hazırlaşırlar. Avropa Liqasında komandalar ya bizimlə eyni səviyyədə, ya da bir az yüksəkdə olurlar. Azərbaycanda isə komandalar oyunu daha çox müdafiədən qurur. Bu da bizim işimizi çətinləşdirir. Çox çətin oyunlar olur. Rəqiblər artıq bizi yaxşı tanıyırlar”.
Romao Avropa Liqasında ötən mövsüm “Bayer”lə keçirdikləri oyunlara da toxunub: “Bayer”lə iki möhtəşəm oyun keçirdik və bundan sonra insanlar “Qarabağ”a başqa cür baxmağa başladılar. Bu oyunlardakı çıxışım hətta mənim üçün də sürpriz oldu. Gənc olanda topla daha çox oynayırdım, müdafiəyə meyilli yarımmüdafiəçi deyildim. Amma Portuqaliyada daha geridə oynamağa uyğunlaşmalı oldum və bu, “Qarabağ”dakı çıxışımda mənə çox kömək etdi”.

Romao Azərbaycandakı futbol mühiti haqda isə qeyd edib: “Azərbaycanda böyük oyunlarda stadionlar dolur. Amma təzyiq Braziliyadakı ilə müqayisə oluna bilməz. Burada daha çox məşqçi təzyiqi var. Rəhbərlikdən və azarkeşlərdən isə təzyiq çox deyil”.
Romao onu da bildirib ki, Juninyo “Flamenqo”ya keçsə, özünü sübut edə biləcək: “Juninyo təcrübəlidir, o, artıq Braziliya və Portuqaliyada oynayıb. “Qarabağ”dan “Flamenqo”ya onun üçün böyük sıçrayış olacaq və avtomatik olaraq ondan tələb də artacaq. Amma Juninyo necə davranacağını biləcək. Çünki çalışqan oğlandır. Sadəcə, gəlib bacardığını etməlidir. O, Braziliyada oynamağa hazırdır. Futbolçularla tanış olmaq və hazırlaşmaq üçün mövsümöncəsi vaxtı olacaq. Onun “Flamenqo”da yaxşı çıxış etmə ehtimalı çox yüksəkdir”.

2022-ci ildən “Qarabağ”da çıxış edən braziliyalı futbolçu Azərbaycana tam uyğunlaşdığını da əlavə edib. O, Azərbaycanın Avropanın bir çox ölkəsindən daha yaxşı olduğunu deyib: “Portuqaliya sakit, uyğunlaşmaq asan idi, eyni dildə danışırdım. Burada tamamilə fərqlidir. İnsanlar, mədəniyyət, iqlim... Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu. Məni çox yaxşı qarşıladılar. Əcnəbilər burada xoş qarşılanır. Gəlməzdən əvvəl qorxdum, amma Bakını tanıyanda çox bəyəndim. Görməli çox şey var. Mən artıq ailəmi gətirmişəm və hamı buranı bəyənir. Azərbaycan Avropadakı bir çoxlarından daha yaxşı ölkədir. Amma çoxları bunu bilmir. Təhlükəsizlik yüksək səviyyədədir. Şikayət edəcəyim heç bir şey yoxdur.
Mən burada Azərbaycan dilində demək olar ki, danışmıram. Rus dilindən də istifadə edirlər, amma çox çətindir. İngiliscə çox ünsiyyət qururam, ingiliscəmi təkmilləşdirmişəm və bu gün tam olaraq danışa bilirəm. Klubda yaxşı ünsiyyət qururam, problemləri həll edirəm”.
PSJ ilə 100-cü qələbə
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video
Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi
PFL prezidentindən məşhur jurnala - Maraqlı açıqlamalar
"Barselona"nı 1/4 finala yüksəldən qələbə - Video
Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!
Haalandın transferi yarım milyard avroya başa gələ bilər
“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan
Raspadori rəsmən "Atalanta"da
"Beşiktaş"dan böyükhesablı qələbə
Azərbaycan klublarının qış transferləri - Yenilənir
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq