“Barselona”nın ötən gecə İspaniya Superkubokunun yarımfinalıda "Atletik"lə oyunda zədələnən futbolçusu Robert Levandovskinin durumu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 36 yaşlı hücumçu 73-cü dəqiqədə ayağında ağrı hiss edib. O, əvəzlənərkən meydanı axsayaraq tərk edib.
Levandovskinin zədəsi ciddi deyil. Qeyd olunur ki, onun İspaniya Superkubokunun finalında meydana çıxmasına heç bir maneə yoxdur.
Əlavə edək ki, bu mövsüm Robert "Barselona"nın heyətində bütün yarışlarda 26 matça çıxıb, 25 qol vurub və 2 qolun ötürməsini verib.
Xatırladaq ki, İspaniya Superkubokunun final oyunu yanvarın 12-də keçiriləcək. Kataloniya təmsilçisi həlledici görüşdə "Real" - "Malyorka" cütünün qalibi ilə qarşılaşacaq.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu